Lukaku Tuxellə danışacaq

“Çelsi”nin hücumçusu Romelu Lukaku cari mövsümün sonunda baş məşqçi Tomas Tuxellə danışmaq niyyətindədir.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, belçikalı futbolçu “Çelsi”dəki gələcəyi ilə bağlı Tuxellə danışmaq istəyir.

Hələ heç bir klub 28 yaşlı futbolçu üçün “Çelsi” ilə danışıqlar aparmayıb.

Xəbərdə bildirilir ki, klublar “Çelsi”nin hücumçusuna nə qədər qiymət veriləcəyini və transfer üçün hansı şərtlərin olacağını bilmirlər.

Eyni zamanda, Lukaku özü də “zadəganlar”ın əsas oyunçusu olmaq istəyir. O, London klubunda perspektivinin nə olduğunu anlamaq üçün Tuxellə vəziyyəti müzakirə etməyi planlaşdırır.

Lukaku bu mövsüm “Çelsi”nin heyətində 41 oyunda 14 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun London klubu ilə müqaviləsi 2026-cı ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button