Lukaku “Roma”da qalacaq?

“Roma”da bir illik icarə əsasında çıxış edən Romelu Lukaku İtaliya klubunda qala bilər. 

Komanda.az “Football İtalia”-ya istinadən xəbər verir ki, “Roma” rəhbərliyi belçikalı forvardın oyunundan razıdır və onu komandada saxlamaq istəyir. 

Bildirilib ki, “Roma” üçün təzminat qiymətini ödəmək çətin olacaq. Çünki Lukakunun müqavilə ilə məxsus olduğu “Çelsi” oyunçuya görə 43 milyon avro istəyir. “Roma” yalnız Çempionlar Liqasına vəsiqə qazanacağı təqdirdə bu məbləği ödəyə biləcək.

Lukaku bu mövsüm “Roma”nın heyətində bütün turnirlərdə 26 oyuna çıxıb, 15 qol vurub və 2 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button