
Lukaku “Qarabağ”la oyunu buraxa bilər
“Napoli”nin tibbi heyətinin rəhbəri Raffaele Kanoniko komandanın hücumçusu Romelu Lukakunun bərpa prosesi barədə məlumat verib.
Komanda.az “Radio CRC”-yə istinadən xəbər verir ki, o, Lukakunun sağalma prosesinin yaxşı getdiyini bildirib:
“Onun sağalma prosesi yaxşı gedir və proqnozlaşdırılan qrafikə uyğundur. Hazırda Belçikadadır və mən daim oradakı həmkarlarımla əlaqə saxlayıram”.
Mütəxəssisin sözlərinə görə, Lukakuda bud əzələsinin birbaşa qopması və vətərlə bağlı əlavə problem aşkarlanıb.
Belçikalı forvard avqustun ortalarında “Olimpiakos”la yoxlama matçında zədələnmişdi. Qeyri-rəsmi məlumatlara görə, o, ən tezi dekabrda meydana qayıda biləcək.
“Napoli” hazırda A Seriyasında 6 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Komanda noyabrın 25-də UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində “Qarabağ”ı qəbul edəcək.
Bizi Facebook-da izləyin



