Lukaku Premyer Liqanın tarixinə düşdü
İngiltərə Premyer Liqasının 28-ci turunun “Kristal Pelas”la səfər oyunu “Mançester Yunayted”in hücumçusu Romelu Lukaku üçün əlamətdar olub.
Komanda.az xəbər verir ki, o, bu oyunda dubla imza atmaqla Premyer Liqada vurduğu qolların sayını 111-ə çatdırıb.
Bununla da belçikalı forvard İngiltərə çempionatında ən çox qol vuran 20 ən yaxşı bombardir arasında yer alıb. Dion Dablin və Emil Heskinin də hesabında 111 qol var. Lakin onlar Premyer Liqada Lukakudan daha çox oyun keçiriblər. Həm də Belçika yığmasının üzvünün karyerasını davam etdirdiyini nəzərə alsaq, onun bu siyahıda irəliləmək şansının da olduğunu qeyd etmək olar.
Lukaku Premyer Liqada vurduğu 111 qoldan 17-sini “Vest Bromviç”də, 68-ni “Everton”da, 26-sını isə “Mançester Yunayted”də oynayarkən rəqib qapılarından keçirib.
Bizi Facebook-da izləyin