Lukaku oğluna söz verib – Keçmiş klubuna qayıdacaq

“Napoli”nin hücumçusu Romelu Lukaku 2026-cı ildə vətəninə qayıtmağı planlaşdırır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı futbolçu 2026-cı il dünya çempionatından sonra oğluna verdiyi sözü yerinə yetirmək üçün ölkəsinin “Anderlext” klubuna qayıtmaq istəyir.

Daha əvvəl də Lukaku karyerasını sabiq komandası “Anderlext”də bitirəcəyini bildirib. Onun “Napoli” ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button