“Çelsi”nin hücumçusu “Milan”a keçə bilər
“Çelsi”nin hücumçusu Romelu Lukaku karyerasını A Seriyası klubunda davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Milan” belçikalı forvardın xidmətində maraqlıdır.
Milan klubu Lukakunu növbəti mövsüm üçün icarəyə götürmək istəyir. Futbolçunun xidmətində “Milan”dan başqa, “Napoli” və İtaliyanın adı açıqlanmayan daha bir klubu maraqlıdır.
31 yaşlı forvard ötən mövsüm “Roma”da icarə əsasında çıxış edib. Lukaku 47 matçda iştirak edib, 21 qol vurub və 4 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin