“Çelsi” Lukaku üçün təklifi rədd etdi

“Çelsi”nin hücumçusu Romelu Lukaku A Seriyasına qayıda bilər. 

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “İnter” belçikalı futbolçunun icarəsi üçün ilk olaraq 5 milyon avro təklif edib. Lakin “Çelsi” bu təklifi rədd edib.

Belçikalı futbolçu daha əvvəl “İnter”də forma geyinib.

Lukaku ötən mövsüm bütün turnirlərdə 44 oyunda 15 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button