Lukakunun “İnter”ə qayıtması üçün – şərt

“Çelsi”nin hücumçusu Romelu Lukaku “İnter”ə qayıtmaqda maraqlıdır.

Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, belçikalı futbolçu Milan klubuna transferinin reallaşması üçün maaşında 50 faiz endirim etməli olacaq.

Lukakunun “Çelsi”də illik maaşı təxminən 20 milyon avrodur.

Daha əvvəl bildirilmişdi ki, Lukaku “Çelsi”də onun şəxsiyyətinə münasibətdən narazıdır, ona görə də, mənəvi dəstək hiss etdiyi “İnter”ə qayıtmaq istəyir. Futbolçu İtaliyaya mümkün dönüşünü müzakirə etmək üçün “İnter”in baş direktoru Beppe Marotta ilə görüş də təyin edib.

Lukaku bu mövsüm Premyer Liqada 21 oyuna çıxıb, 5 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button