“İnter” Lukakunu transfer edir? – Açıqlama
“İnter”in idman direktoru Piero Ausilio hücumçu Romelu Lukakunun transferi ilə bağlı “Çelsi” ilə aparılan danışıqlardan söz açıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəsmisi, belçikalı forvardı birdəfəlik transfer etmək istədiklərini açıqlayıb:
“Lukaku onunla müqavilə imzalamaq istədiyimizi bilir. Məsələnin həlli üçün uyğun variantlar axtarırıq. O, “Çelsi”nin futbolçusudur. Biz londonlularla mütəmadi olaraq əlaqə saxlayırıq. Onlar Romelunu icarəyə verməyəcəklərini bildiriblər. Bu səbəbdən, onu birdəfəlik transfer etmək üçün şərtləri nəzərdən keçiririk”.
Belçikalı forvard 2022/23 mövsümünü icarə əsasında “neradzurra”da keçirib. O, bütün turnirlər daxil olmaqla 37 oyuna çıxıb, 14 qol vurub və 7 məhsuldar ötürmə edib.
Bizi Facebook-da izləyin