Lukaku: 2011-ci ildən bəri ilk dəfə…
İtaliyanın “İnter” klubu UEFA Avropa Liqasının yarımfinal mərhələsində “Şaxtyor”a (Donetsk) 5:0 hesabı ilə qalib gəlib.
Komanda.az xəbər verir ki, start heyətində meydana çıxan Romelu Lukaku “neradzurra”nın iki qolunun müəllifi olub. Bu, onun cari mövsümdə “İnter”in heyətində keçirdiyi 50-ci oyunu olub. Belçikalı futbolçu 2011-ci ildən bəri bir mövsümdə 50 oyun səddini keçən “İnter”in ilk futbolçusu olub.
Sonuncu dəfə belə göstərici 2010/2011-ci il mövsümündə 52 oyunla Xavyer Zanetti və 53 matçla Samuel Etoya məxsus olub.
Lukaku keçən ilin avqustundan “İnter”in uğurları üçün çalışır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin