Lukaku oynamaq istədiyi klubu seçib
“Çelsi”nin hücumçusu Romelu Lukakunun gələcəyi müzakirə mövzusu olaraq qalır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 31 yaşlı futbolçu yaxın gələcəkdə İtaliyaya qayıda bilər. Hücumçu “Napoli”yə keçmək və orada baş məşqçi Antonio Konte ilə yenidən birlikdə çalışmaq istəyir.
Lukaku bu yaxınlarda Konteni karyerası ərzində işlədiyi ən yaxşı məşqçi adlandırıb.
Belçikalı futbolçu “Çelsi”də uğurlu oynamadığından, son illərdə “İnter” və “Roma”ya icarəyə verilib. Onun “Çelsi” ilə 2026-cı ilin ortalarına qədər olan müqaviləsi var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin