Lukaku Səudiyyə Ərəbistanına getməkdən qorxub

“Çelsi”nin hücumçusu Romelu Lukaku bir il əvvəl Səudiyyə Ərəbistanına köçməyə yaxın olduğunu etiraf edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, belşikalı forvard keçən il vəziyyətin həqiqətən ciddi olduğunu bildirib:

“Keçən il vəziyyət həqiqətən ciddi idi. Demək olar ki, iki gündən bir fikrimi dəyişirdim. Əvvəlcə özümə dedim ki, gedəcəm, sonra imtina etdim. Düzünü desəm, bir az qorxdum”.

Nəhayət, belçikalı bu fikrindən əl çəkib və icarə əsasında “Roma”ya keçib.

Bundan əvvəl Lukakunun “Napoli”də keçmiş baş məşqçisi Antonio Konte ilə yenidən bir araya gələ biləcəyi bildirilirdi.

31 yaşlı futbolçu son A Seriyası mövsümündə 13 qol vurub, 3 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button