
Lukaku da Səudiyyə Ərəbistanına gedə bilər!
“Çelsi” bu yay hücumçu Romelu Lukakunu satmağa hazırlaşır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, londonlular futbolçunun satışından təxminən 40-50 milyon avro qazanmağı planlaşdırır.
Belçikalı futbolçu ilə İtaliya və Səudiyyə Ərəbistanı klubları maraqlanır.
Lukaku ötən mövsüm “İnter”in heyətində 25 A Seriyası matçına çıxıb, 10 qol vurub, 6 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin