Lukaku “Çelsi”yə qayıdacaq – “İnter” rəsmisi tarixi açıqladı
“İnter”in baş direktoru Cüzeppe Marotta klubun hücumçu Romelu Lukaku ilə yeni müqavilə imzalamayacağını bildirib.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, o, belçikalı forvardla yollarını ayıracaqları tarixi açıqlayıb:
“Onun icarəsi yalnız bir mövsüm üçün nəzərdə tutulub. Romelu nə qədər yaxşı oynasa da, o, iyunun 30-da “Çelsi”yə qayıdacaq.
Ötən il dünya çempionatının qışda keçirilməsi görünməmiş hadisə idi. Lukaku həmin turnirdə ən yaxşı formada deyildi. O, son illərdə olduğu optimal formasını bərpa edə bilməyib”.
Milan təmsilçisi belçikalı futbolçunu 2022-ci ilin iyulunda “Çelsi”dən icarəyə götürüb. O, cari mövsümdə İtaliya klubunun heyətində 18 oyuna çıxıb, 5 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin