Lukaku “Çelsi”yə qayıdacaq?
“Çelsi”dən icarəyə götürülən “İnter”in hücumçusu Romelu Lukaku karyerasını Milan klubunda davam etdirmək istəyir.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “zadəganlar” bununla bağlı “İnter”lə heç bir danışıq aparmayıb. Çempionlar Liqasının “Mançester Siti” ilə baş tutacaq final görüşündən sonra müzakirələrin ediləcəyi gözlənilir.
Lukakunun Premyer Liqa klubu ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.
Belçikalı forvard cari mövsümdə “neradzurra”nın heyətində 33 oyuna çıxıb, 13 qol vurub və 6 məhsuldar ötürmə edib.
Xatırladaq ki, Çempionlar Liqasının “İnter” və “Mançester Siti” klubları arasında keçiriləcək final qarşılaşması iyunun 10-da, İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin