Lukaku İtaliya klubu ilə anlaşıb

“Napoli” “Çelsi”dən Romelu Lukakunun transferinin reallaşacağına şübhə etmir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italyanlar belçikalı futbolçunun tezliklə Antonio Kontenin komandasının sıralarına qoşulacağına əmindirlər.

31 yaşlı forvard artıq neapollularla şəxsi razılıq əldə edib: tərəflər beş həftə əvvəl 2027-ci ilə qədər olan müqavilə üçün anlaşıblar.

Lukaku son zamanlar digər klublardan üç təklifi rədd edib. O, “Çelsi”dən “Napoli”yə keçməsi üçün “yaşıl işıq” yandırmasını gözləyir.

Belçikalı hücumçunun “Napoli”yə transferinin dəyəri 30 milyon avronu keçə bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button