“Lukaku bizə xəyanət etdi!” – “İnter” rəsmisi
“İnter”in vitse-prezidenti Xavyer Zanetti “Yuventus”a keçməyə yaxın olan hücumçu Romelu Lukaku haqda danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Zanetti, belçikalı futbolçunun onlara xəyanət etdiyini söyləyib:
“Lukaku bizə xəyanət etdi! Biz çox məyus olduq. Biz ondan tamamilə fərqli bir davranış gözləyirdik”.
Müqavilə ilə “Çelsi”yə məxsus olan Lukaku 2022/2023 mövsümündə “İnter”də icarə əsasında çıxış edib. O, bütün turnirlərdə 37 oyunda 14 qol vurub, 7 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin