“Lukaku bizə daim təhlükə yaradırdı” – De Byazi

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Belçika yığmasının futbolçusu Romelu Lukakunun oyununu dəyərləndirib.

Komanda.az “tuttomercatoweb.com” saytına istinadən xəbər verir ki, İtaliyalı mütəxəssis “Roma”nın yay fasiləsində heyətinə cəlb etdiyi hücumçunun çıxışını yüksək qiymətləndirib:

“Lukaku hələ ideal formada deyil, amma böyüyür. Bizimlə görüşdə də bütün xüsusiyyətlərini göstərdi. Lukaku bizə daim təhlükə yaradırdı. Qapı qarşısında həmişə yaxşıdır. Yarımmüdafiədən dəstək verilsə, onu dayandırmaq çox çətin olar. Lukakunu reaktiv gördüm, meydanda xeyli vaxtı oldu. İndi sadəcə, müntəzəm oynamalıdır. Fiziki gücü var, tam forma yığandan sonra yırtıcı olacaq. “Roma” üçün əla transferdir, onlara belə hücumçu lazım idi. Lukaku Paulo Dibala ilə əla cütlük təşkil edəcək”.

“Dalğa Arena”da keçirilən Azərbaycan – Belçika matçında qonaqlar 1:0 hesablı qələbə qazanıblar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button