Lukaku Azərbaycan millisi ilə görüşdə rekorda imza atıb

AÇ-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə son oyunda poker edən Belçika yığmasının hücumçusu Romelu Lukaku rekorda imza atıb.

Komanda.az xəbər verir ki, 30 yaşlı forvard seçmə mərhələni 14 qolla tamamlayaraq buna nail olub.

“Roma”nın futbolçusu bir seçmə mərhələdə ən çox qol vuran oyunçu kimi tarixə düşüb. Lukaku şimali irlandiyalı Devid Hili (AÇ-2008) və polşalı Robert Levandovskiyə (AÇ-2016) məxsus 13 qolluq rekordu yeniləyib.

Belçika yığması Brüsseldə keçirilən görüşdə Azərbaycan millisini 5:0 hesabı ilə məğlub edib. Onlar 20 xalla F qrupunu 1-ci pillədə tamamlayıblar. Canni De Byazinin rəhbərlik etdiyi komandamız isə 7 xalla 4-cü olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button