“Lukakunun Avropada qalmaq niyyəti çox aydın idi”

“Roma”nın hücumçusu Romelu Lukakunun agenti Sebastien Ledur oyunçunun yeni kluba keçidi ilə bağlı yaranan çətinliklərdən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı futbolçunun agenti “Çelsi”nin onu satmaq istədiyini bildirib:

“Yay ​​transfer pəncərəsinin əvvəlində icarə məsələsini müzakirə etmək mümkün deyildi. İlk növbədə, “Çelsi”nin sahibləri son çarə axtarır, futbolçunu satmaq istəyirdilər. Danışıqlarda real dəyişikliklər Səudiyyə Ərəbistanı klublarının beynəlxalq bazara çıxmasından sonra baş verdi. “Çelsi” bir tərəfdən Lukakunu satmağa hazır idi, digər tərəfdən isə maksimum məbləği almaq istəyi var idi. Təbii ki, bunu ödəməyə yalnız Səudiyyə Ərəbistanı klubları qadir idi. Lukakunun isə Avropada qalmaq və avrokubok yarışlarında iştirak etmək niyyəti çox aydın idi”.

30 yaşlı Lukaku “Çelsi”dən 2023/24 mövsümünün sonuna kimi icarə əsasında “Roma”ya keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button