“Ançelottili “Real”ı çox bəyənirəm” – Keçmiş hücumçu
“Roma”, “Yuventus” və “Bayern”in sabiq hücumçusu Luka Toni Çempionlar Liqasının 1/4 final mərhələsində keçiriləcək “Real” – “Mançester Siti” matçı haqda danışıb.
Komanda.az xarici KIV-ə istinadən xəbər verir ki, keçmiş italiyalı futbolçu Karlo Ançelottili “Real”ı çox bəyəndiyini bildirib:
“Mançester Siti”də həmişə yaxşı oynamağa vadar edən mentalitet var. Pep Qvardioladan başqa, onların heyətində bir neçə çempionun olması şans yaradır.
Ançelottili “Real”ı çox bəyənirəm. Zəif oynayırlar, amma həmişə aprel ayında “oyanırlar”. Karlonun komandaları ilə çox diqqətli olmaq lazımdır”.
“Real” və “Mançester Siti” arasında ilk oyun aprelin 9-da İspaniyada, cavab qarşılaşması isə aprelin 17-də Mançesterdə keçiriləcək.
Çempionlar Liqasının son qalibi finalda “İnter”ə 1:0 hesabı ilə qalib gələn “Mançester Siti”dir.
Bizi Facebook-da izləyin