
Şou onu tənqid edən sabiq futbolçuya cavab verdi
“Mançester Yunayted”in müdafiəçisi Luk Şou sabiq kapitan Roy Kinin onun ünvanına səsləndirdiyi tənqidlərə münasibət bildirib.
“Qırmızı şeytanlar”ın keçmiş futbolçusu Şounun “Mançester Siti” ilə oyundakı (0:3) zəif çıxışını kəskin tənqid etmişdi.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, ingilitərəli futbolçu, ötən həftə həqiqətən də öz səviyyəsindən aşağı oynadığını deyib:
“Roy Kin klub tarixinin ən yaxşı kapitanlarından biridir, onun fikirləri mənim üçün önəmlidir. Əlbəttə, belə sözlər adamı incidə bilər. Amma tənqid futbolçunun peşəsinin bir hissəsidir və mən buna qulaq asıram. Həqiqətən də, ötən həftə öz səviyyəmdən aşağı oynadım”.
O, əlavə edib ki, əsas məqsədi hazırda forma və sabitliyi qorumaqdır:
“Bu yaşda artıq əsas məsələ yüksək səviyyədə sabit çıxış göstərməkdir. Yüksəlişlər və enişlər olsa da, mən buna nail ola biləcəyimə inanıram”.
Bizi Facebook-da izləyin



