Luk Şounun müdafiənin mərkəzində oynamasının səbəbi
“Mançester Yunayted” Premyer Liqanın 17-ci turunda “Nottingem Forest”i məğlub edib (3:0).
“Qırmızı şeytanlar”ın baş məşqçisi Erik Ten Haq bu oyunda cinah müdafiəçisi Luk Şounu müdafiənin mərkəzində oynadıb.
Komanda.az BBC-yə istinadən xəbər verir ki, baş məşqçi matçdan sonra bu addımı barədə belə deyib:
“Şou keçən həftə özü mənə dedi ki, o, müdafiənin mərkəzində mübarizə apara bilər. Məncə, çox yaxşı oynadı”.
“Mançester Yunayted” 29 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində 6-cı pillədədir. “Nottingem Forest” isə 13 xalla 19-cu pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin