Luis Suares: O, dünyanın ən yaxşı futbolçuları arasındadır

“Barselona”nın hücumçusu Luis Suares, PSJ-nin futbolçusu Neymarın Kataloniya təmsilçisinə mümkün qayıdışını dəyərləndirib.

Komanda.az xəbər verir ki, İspaniya mətbuatına danışan uruqvaylı forvard, Neymar haqda bunları deyib:

“Siz futbolda heç bir şeyi idarə edə bilməzsiz. Bunu nəzərə almalıyıq ki, Neymar PSJ-də çox yaxşı oyun sərgiləyir və qollar vurur. O, dünyanın ən yaxşı futbolçuları arasındadır.

O, mənim dostumdur və mən də ən yaxşı futbolçularla birgə oynamaq istəyirəm. Yenə də, qərarı özü verəcək”.

Neymar 2017-ci ildə 222 milyon avro qarşılığında “Barselona”dan Paris klubuna transfer olunub.

Hazırda zədəli olan braziliyalı futbolçu cari mövsümdə 23 qarşılaşmaya çıxıb və 20 qol vurub. Neymarın yaşıl meydanlara aprel ayında qayıdacağı gözlənilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button