Luis Suares milliyə dəvət alıb
Luis Suares DÇ-2026-nın seçmə mərhələsinin oyunları üçün Uruqvay yığmasına dəvət alıb.
Komanda.az xəbər verir ki, o, Argentina (17 noyabr) və Boliviya (21 noyabr) ilə matçlarda iştirak edə bilər.
Suares sonuncu dəfə 2022-ci il dünya çempionatında milli komandanın heyətində forma geyinib.
Luis Suares 29 qolla Cənubi Amerikanın seçmə turnirləri tarixində ən çox qol vuran ikinci oyunçudur. O, yalnız Argentina millisinin forvardı Lionel Messidən geri qalır (31 qol).
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin