![](https://komanda.az/wp-content/uploads/2022/03/nasser-el-xelaifi.jpeg)
PSJ-nin prezidenti açıqladı: Onunla müqaviləni yeniləmək istəyir
PSJ-nin rəhbəri Nasser əl-Xələfi müşavir vəzifəsini tutan Luis Kamposla bağlı sualı cavablandırıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəhbəri bunu deyib:
“Luis Kampos PSJ-də çox xoşbəxtdir. Mən onun gördüyü işdən və verdiyi töhfələrdən razıyam. Onun müqaviləsini yeniləmək istəyirəm. Mən heç vaxt direktor və məşqçi arasında belə bir əlaqə görməmişdim”.
Portuqaliyalı funksioner klubun transfer məsələlərinin həllində əsas rol oynayır. Onun hazırkı müqaviləsi gələn ilin yayında başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin