Luis Enrikeyə ağır itki – Qızı vəfat etdi

Son olaraq İspaniya milli komandasının “sükanı arxasında” çalışmış Luis Enrike ağır itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, mütəxəssisin 5 ay idi sümük xərçəngindən müalicə olunan 9 yaşlı qızı Xana vəfat edib. Bu barədə Enrike rəsmi “tvitter” hesabında yazıb.

Enrike iyunun 19-da ailə məsələlərinə görə İspaniya millisinin baş məşqçi postundan istefa vermişdi. O, bu vəzifədə cəmi 11 ay fəaliyyət göstərdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button