Luis Enrikenin PSJ-də görmək istədiyi futbolçular

İspaniya millisinin və “Barselona”nın sabiq çalışdırıcısı Luis Enrikenin PSJ-nin baş məşqçisi postuna təyin olunarsa, komandada hansı futbolçuları görmək istədiyi məlum olub.

Komanda.az xəbər verir ki, bu barədə “Sports Zone” məlumat yayıb.

Məlumatda bildirilir ki, Enrike qarşıdakı transfer pəncərəsində fəal iştirak etmək istəyir. İspan mütəxəssis “Tottenhem”in hücumçusu Harri Keyni PSJ-nin heyətinə qatmaq istəyir. O, həmçinin “Borussiya”dan (Münhenqladbax) ayrıldıqdan sonra azad agentə çevrilən hücumçu Markus Türamın, yarımmüdafiəçilər Bernardo Silva (“Mançester Siti”) və Li Kanq İnin (“Malyorka”), müdafiəçi Lukas Hernandesin (“Bayern”) transferlərinə etiraz etmir.

Luis Enrike həmçinin, yarımmüdafiəçi Marko Verratti və hücumçu Neymarı da PSJ-də saxlamaq istəyir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button