
Luis Enrike PSJ-nin hədəflərini açıqladı
PSJ-nin baş məşqçisi Luis Enrike komandanın yeni mövsümdəki hədəflərini açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis parislilərin yalnız gələcək barədə düşünməli və yenidən bütün kuboklar uğrunda savaşmalı olduğunu bildirib:
“Keçən mövsüm qazandığımız beş kuboku tez bir zamanda unutmalıyıq. Onlar artıq keçmişdə qalıb. İndi yalnız gələcək barədə düşünməliyik. Məqsədimiz yenidən onları qazanmaqdır. Bu, bizim iddiamızdır, hədəfimizdir”.
PSJ 2024/25 mövsümündə Liqa 1, Fransa kuboku, superkuboku, UEFA Çempionlar Liqası və UEFA superkubokunu qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



