Enrike İtaliya klubundan illik 8 milyon avro istəyir
İspaniyalı mütəxəssis Luis Enrike “Napoli”nin “sükanı arxasına” keçə bilər.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Enrike Neapol klubunda işləmək üçün illik 8 milyon avro istəyir.
Bu, ispaniyalı məşqçinin vergilərin ödənilməsi nəzərə alınmaqla 11,5 milyon avro təşkil edə biləcək maaş tələbidir.
Neapol klubunun prezidenti Aurelio De Laurentis ciddi pul xərcləməyə və Enrike üçün istisna etməyə hazırdır.
“Napoli”nin prezidenti həmçinin, Vinçenzo İtaliano (“Fiorentina”), Serxio Konseysao (“Portu”) və Tiaqo Mottanın (“Bolonya”) namizədliyini nəzərdən keçirir.
“Napoli”nin hazırkı baş məşqçisi Luçano Spalettinin mövsümün sonunda klubu tərk edəcəyi gözlənilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin