Luis Enrike İspaniya millisindən getdi – RƏSMİ
Luis Enrike İspaniya milli komandasının baş məşqçi postundan istefa verib.
Komanda.az xəbər verir ki, bu barədə İspaniya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Son 3 ayda ailə məsələlərinə görə işindən ayrı düşən mütəxəssis istefa verməyi qərara alıb. 49 yaşlı mütəxəssis bu üzdən hətta komandanın AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində keçirdiyi oyunlarda da iş başında ola bilməmişdi.
Federasiyanın yaydığı məlumata görə, Luis Enrikeni bu vəzifədə köməkçisi Robert Moreno əvəzləyib.
Luis Enrike İspaniya yığmasının baş məşqçisi postunda cəmi 11 ay idi fəaliyyət göstərirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin