
“Liverpul”un futbolçusu karyerası ilə bağlı qərar verib
“Liverpul”un hücumçusu Luis Dias gələcəyi ilə bağlı qərarını verib.
Komanda.az “Express”-ə istinadən xəbər verir ki, kolumbiyalı futbolçu “Barselona”nın marağına baxmayaraq, “qırmızılar”dan ayrılmaq niyyətində deyil.
Diasın “Liverpul”la müqaviləsinin müddəti 2027-ci ilin iyununa qədərdir. Onun transfer dəyəri 85 milyon avro qiymətləndirilir.
28 yaşlı forvard bu mövsüm İngiltərə Premyer Liqasında 34 oyunda iştirak edib, 13 qol vurub və 5 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



