Luis Dias karyerası ilə bağlı qərar verib

“Liverpul”un hücumçusu Luis Dias rəhbərliyə komandadan ayrılmaq istədiyini açıq şəkildə bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Mersisayd klubu sərfəli təklif gəldiyi təqdirdə, kolumbiyalı futbolçunu buraxmağa hazırdır.

Daha öncə “Liverpul” onu “Bayern” və “Barselona”ya satmağa razılıq verməyib.

Son günlərdə “Bayern”in idman direktoru Maks Eberl İngiltərə klubu ilə yeni danışıqlar aparsa da, tərəflər hələlik ortaq məxrəcə gələ bilməyiblər.

28 yaşlı futbolçu son mövsümdə bütün turnirlərdə 50 oyunda iştirak edib, 17 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button