
Adı “Əl-Nəsr”lə hallanan futbolçu: “Ən optimal qərar veriləcək”
“Liverpul”un vingeri Luis Dias Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə bağlı yayılan transfer xəbərlərinə münasibət bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, kolumbiyalı futbolçu tamamilə sakit olduğunu deyib:
“Əl-Nəsr”in marağı? Hazırda biz bizimlə maraqlanan bütün tərəflərlə danışıqlar prosesindəyik. Tamamilə sakitəm. Ən optimal qərar qəbul ediləcək”.
Bundan əvvəl Luis Diasa “Bayern”in və “Barselona”nın da maraq göstərdiyi bildirilmişdi.
28 yaşlı futbolçu 2024/25 mövsümündə 50 matçda iştirak edib, 17 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



