
Van Qal istefa verdi! – Yeni baş məşqçi məlumdur
Niderland millisinin baş məşqçisi Lui van Qal istefa edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, DÇ-2022-nin 1/4 final mərhələsində Argentina yığmasına məğlub olduqdan sonra (penaltilər – 3:4) bu haqda qərar verib.
71 yaşlı mütəxəssisi “Barselona”nın keçmiş baş məşqçisi Ronald Kuman əvəz edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin