“Ludoqorets”in baş məşqçisi “Qarabağ”a məğlubiyyətdən sonra istefaya göndərilib

Bolqarıstanın “Ludoqorets” klubu baş məşqçisi Georgi Dermencievlə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə yerli “Maç Teleqraf” nəşri məlumat yayıb.

Mütəxəssis UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçında “Qarabağ”a 2:7 hesablı məğlubiyyətdən sonra istefaya göndərilib.

Bu, qarşıdakı saatlarda rəsmən açıqlanacaq.

Daha əvvəl bir neçə dəfə “Ludoqorets”də işləyən Dermenciev 2023-cü ildə kluba qayıdıb. Bakıdakı ilk görüşdə Bolqarıstan çempionu qələbə qazanmışdı – 2:1.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button