Luçesku yenidən “Beşiktaş”da
Rumıniyalı məşqçi Mirça Luçesku yenidən “Beşiktaş”da çalışacaq.
Komanda.az xəbər verir ki, 74 yaşlı mütəxəssis İstanbul klubunda məsləhətçi vəzifəsini icarə edəcək.
O, Türkiyə mətbuatına açıqlamasında məlumatı təsdiq edib:
“Bəli, futbola qayıdıram. “Beşiktaş”da məsləhətçi kimi faydalarımı verəcəm. Prezident Ahmet Nur Çebi ilə danışdım. Onunla İstanbulda görüşəcəm. Daha sonra hər şeydən xəbərdar olacaqsınız”.
Qeyd edək ki, Luçesku 2002-2004-cü illərdə “Beşiktaş”ın baş məşqçisi olub. O, son olaraq, Türkiyə yığmasını çalışdırıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin