Luçesku təyinatından 4 gün sonra istefa verdi

Dörd gün əvvəl Kiyev “Dinamo”suna baş məşqçi təyin edilən Mirça Luçesku komandadan ayrılmaq qərarına gəlib.

Komanda.az xəbər verir ki, rumıniyalı mütəxəssis bu barədə ölkəsinin mətbuatına açıqlamasında özü deyib.

75 yaşlı mütəxəssis “Dinamo” azarkeşlərinin ona düşmən münasibəti göstərdiyi üçün bu qərarı verdiyini bildirib:

“Azarkeşlərin çalışdırdığım kluba qarşı bu cür davranışını qəbul edə bilmərəm. Təəssüf ki, “Dinamo”dakı işimdən vaz keçmək məcburiyyətində qaldım. Mənə göstərdikləri dəstəyə və dəvətə görə təşəkkürümü bildirirəm. Fanatik tərəfdarların düşmən münasibət bəslədiyi bir ortamda çalışmağım mümkün deyil”.

Qeyd edək ki, Luçesku daha əvvəl Ukraynada 12 il ( 2004-2016) “Dinamo”nun əzəli rəqibi olan Donetsk “Şaxtyor”unun baş məşqçisi olub. Bu üzdən də Kiyev təmsilçisinin azarkeşləri iyulun 23-də açıqlanan bu təyinatdan bəri qərara sərt etirazlarını bildirirdilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button