Luçesku söz verib

Rumıniya millisinin baş məşqçisi Mirça Luçesku komandanın DÇ-2026-ya vəsiqə qazana bilməyəcəyi təqdirdə, istefaya gedəcəyini vəd edib.

Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, bunu deyib:

“Artıq söz vermişəm: Biz dünya çempionatına birbaşa vəsiqə qazanmasaq, pley-offa qədər başqasına yol açacam. Hələlik mənim vəzifəm pley-offda oynamağa qadir komanda yaratmaqdır”.

Rumıniya millisi oktyabrın 12-də evdə Avstriya yığmasını 1:0 hesabı ilə məğlub edib. Komanda 6 oyundan sonra 10 xalla öz qrupunda üçüncüdür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button