Luçesku 38 ildən sonra milli komandaya qayıtdı – Rəsmi
Mirça Luçesku Rumıniya millisinin yeni baş məşqçisi olub.
Komanda.az xəbər verir ki, bu barədə ölkənin futbol federasiyasının rəsmiləri mətbuat konfransında məlumat veriblər.
Luçesku Rumıniya millisinə rəhbərlik etmək qərarının sırf futbola olan sevgisi ilə bağlı olduğunu bildirib:
“Düzünü desəm, mənə təklif gəlməsini istəməzdim, çünki gənc məşqçilərin işləməsi daha yaxşı olardı. Mənə pul və ya müəyyən imic yaratmaq lazım deyil, yaşadığım o gözəl anlar məni millidə işləməyə sövq etdi”.
79 yaşlı mütəxəssisin milli ilə müqaviləsi iki illikdir. Baş məşqçinin əsas məqsədi 2026-cı il dünya çempionatına vəsiqə qazanmaq olacaq.
Rumıniyalı mütəxəssis 38 ildən sonra yenidən bu vəzifəyə qayıdıb. O, 1981-1986-cı illərdə komanda ilə çalışıb. Milli komanda onun rəhbərliyi altında 57 matça çıxıb.
Bizi Facebook-da izləyin