Luçesku qərarını dəyişdi, köməkçiləri bəlli oldu
Ukraynanın “Dinamo” (Kiyev) komandasının yeni baş məşqçisi Mirça Luçesku istefa qərarını dəyişib.
Komanda.az xəbər verir ki, fanatların kəskin etirazı ilə üzləşən rumıniyalı mütəxəssisin təyinatından dörd gün sonra, ötən gün istefa verdiyi barədə xəbərlər yayılmışdı.
Lakin onu dilə tutmaq mümkün olub. “Dinamo” da bu məlumatları təkzib edib. Hətta Kiyev klubu Luçeskunun köməkçilərinin müəyyənləşdiyi barədə xəbər yayıb. Rumıniyalı mütəxəssisə komandanın sabiq futbolçuları Oleq Qusev və Oqnen Vukoyeviç, həmçinin moldovalı məşqçi Emil Karas yardım edəcək.
Qusev “Dinamo”ya 2003-cü ilin yayında gəlib. O, komandada 15 il ərzində 443 matçda 96 qol vurub.
Vukoyeviç 2008-2014-cü illərdə “ağ-göy” forma ilə 219 oyuna 15 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
Karas isə məşqçilik karyerasınadək Moldova yığmasında çıxış edib. 52 yaşlı mütəxəssis sonuncu dəfə BƏƏ “Əl-Nəsr”ində çalışıb.
Bizi Facebook-da izləyin