Luçesku: “Haqqımda çıxan xəbərlər tamamilə yalandır”

Ukraynanın “Dinamo” (Kiyev) klubunun baş məşqçisi Mirça Luçesku Rusiya ilə müharibə təhlükəsi üzündən Antalyadakı təlim-məşq toplanışını uzadıb, Kiyevə dönmək istəməmələri barədə iddialara cavab verib.

Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, rumıniyalı mütəxəssis bu iddiaların yalan olduğunu bildirib:

“Bu təlim-məşq toplanışı iki ay əvvəldən planlaşdırılmışdı. İlk 10 gündə toplanışımızı həyata keçirdik. Sonra isə komandamız üç günlüyə Kiyevə getdi. Mən də üç günlük arada həyat yoldaşımın yanına, Buxarestə getdim. Oradan da birbaşa Antalyaya, təlim-məşq toplanışına gəldim. Komandamız da yenə Antalyaya geri gəldi. Biz planlı bir şəkildə təlim-məşq toplanışı keçirdik. Fevralın 22-də Kiyevə qayıdacağıq. Haqqımda çıxan xəbərlər tamamilə yalandır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button