Luçesku “Fənərbaxça”dan təklif alsa da, “Dinamo”da qalır
Ukraynanın “Dinamo” (Kiyev) komandasının baş məşqçisi Mirça Luçesku Türkiyənin “Fənərbaxça” klubundan təklif alıb.
Komanda.az xəbər verir ki, 77 yaşlı mütəxəssis bu barədə “Gazeta Sporturilor” nəşrinə açıqlamasında bildirib.
Luçesku İstanbul təmsilçisindən çox ciddi təklif aldığını vurğulayıb: “Dinamo” ilə 2024-cü ilədək müqaviləm var. Onları bu xaosun içində buraxıb gedə bilmərəm. “Fənərbaxça” da daxil olmaqla çox ciddi təkliflər almışam, ancaq burada qalmağa qərar verdim. Çünki hər hansı təklifə görə “Dinamo”dan getməyim qorxaqlıq olardı. Dünyadakı heç bir şey mənə bunu məcbur etdirə bilməz”.
Luçesku 2001/22 mövsümündə “Qalatasaray”la, 2002/03 mövsümündə “Beşiktaş”la Türkiyə Super Liqasının qalibi olub. Lakin bu, “Fənərbaxça”nın əzəli rəqiblərinin sabiq baş məşqçisinə təklif göndərməsinə mane olmayıb.
Bizi Facebook-da izləyin