Luçesku Çempionlar Liqasının tarixinə düşdü
Ukraynanın “Dinamo” (Kiyev) klubu UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində İtaliya çempionu “Yuventus”la ev oyununda 0:2 hesablı məğlubiyyətlə üzləşib.
Komanda.az xəbər verir ki, bu qarşılaşma Kiyev klubunun baş məşqçisi Mirça Luçesku üçün əlamətdar olub.
Belə ki, rumın mütəxəssis bu turnirin ən yaşlı baş məşqçisi kimi tarixə keçib. Ukrayna vitse-çempionunun çalışdırıcısı buna 75 yaşında imza atıb.
Əvvəlki rekord Yupp Haynkesə məxsus idi. Alman mütəxəssis 2017/18 mövsümündə “Bavariya” ilə qrup mərhələsi həyəcanını 72 yaşında yaşayıb.
Qeyd edək ki, “Dinamo” 2016-cı ildən sonra ilk dəfə Çempionlar Liqasının qrupuna yüksəlib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin