Luçesku: “Beşiktaş”a yox, Afrika yığmasına qarşı oynadıq”

Kiyev “Dinamo”sunun baş məşqçisi Mirça Luçesku UEFA Konfrans Liqasının pley-off mərhələsində keçirilən ilk oyundan (2:3) sonra “Beşiktaş”ın heyəti haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ruminiyalı mütəxəssis “Beşiktaş”ın heyətini Afrika yığması ilə müqayisə edib.

“Beşiktaş”a yox, Afrika yığmasına qarşı oynadıq. Onlara qarşı 11 yerli futbolçu ilə oynamaq çox çətindir. Onlar futbolçularımızın təcrübəsizliyindən istifadə edib, qol vurdular. Yaxşı komandadır, yaxşı transferlər etdilər”.

Əvəzetmələr də daxil olmaqla, “Beşiktaş” matçda beş afrikalı futbolçu meydana çıxarıb: qanalı Daniel Amarti, qambiyalı Omar Kolli, kamerunlu Vensan Abubakar və Konqodan Artur Masuaku və Cekson Muleka.

Konfrans Liqasında cavab görüşləri avqustun 31-də baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button