Lövün “Fənərbaxça”dan tələbləri

“Fənərbaxça”nın yeni mövsümdə “sükanı arxasına” keçməyə ən real namizədlərdən olan almaniyalı mütəxəssis Yoahim Löv istəklərinə iki yeni tələb əlavə edib.

Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Lövlə İstanbul klubu arasında aparılan danışıqlar davam edir. Lövün klub rəhbərliyindən iki yeni tələbinin olduğu bildirilir. İllik 4-5 milyon avroluq maaşından əlavə, o, “Fənərbaxça”nın aşağı yaş qrupları üzrə komandalarına bütün nəzarətin ona verilməsini istəyir. O, aşağı yaş qruplarına məşqçiləri də özü gətirmək niyyətindədir.

Bundan başqa, Türkiyə mətbuatının yazdığına görə, Löv “Fənərbaxça”nın baş məşqçisi olarsa, hər kəs, hətta klub prezidenti Ali Koç da komandanın məşq bazalarına girmək üçün ondan icazə alacaq. Bu da alman mütəxəssisin tələbləri sırasındadır.

“Fənər”i mövsümün sonuna kimi İsmail Kartal çalışdıracaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button