Lovren Fransa klubunda – Rəsmi
Fransanın “Lion” klubu xorvatiyalı futbolçu Deyan Lovreni transfer edib.
Komanda.az klubun saytına istinadən xəbər verir ki, 33 yaşlı müdafiəçi ilə 2025-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Zaqreb “Dinamo”sunun yetirməsi olan və Xorvatiya millisində də çıxış edən oyunçu daha əvvəl 2010-2013-cü illərdə “Lion”da çıxış edib. Daha sonra “Sauthempton”da bir, “Liverpul”da altı mövsüm keçirən Lovren 2020-ci ildən “Zenit”də çıxış edirdi.
Lovren Xorvatiya yığması ilə DÇ-2018-də gümüş, DÇ-2022-də isə bürünc medal qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin