Löv La Liqada işləyə bilər

Almaniya yığmasının sabiq baş məşqçisi Yoahim Löv karyerasını İspaniyada davam etdirə bilər.

Komanda.az “El Chiringuit”-ya istinadən xəbər verir ki,  “Atletik”də baş məşqçi cari mövsümün sonunda komandanı tərk edə bilər. Löv artıq mümkün əməkdaşlıq barədə klubun agentləri ilə əlaqə saxlayıb.

61 yaşlı Yoahim Löv 2006-2021-ci illərdə Almaniya millisini çalışdırıb. O, komanda ilə dünya çempionatının və Konfederasiya Kubokunun qalibi, Avropa çempionatının gümüş mükafatçısı, Avropa və dünya çempionatlarının bürünc mükafatçısı olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button