Lövün qərarı: “Bavariya”nın 3 futbolçusu millidən kənarlaşdırıldı

“Bavariya”nın futbolçuları Jerom Boatenq, Tomas Müller və Mats Hummels Almaniya millisinin heyətinə dəvət almayacaqlar.

Komanda.az xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Yoahim Löv “Bild” nəşrinə açıqlamasında deyib. O, hər üç oyunçunun gələcək planlarında yer almadığını bildirib:

“Mülleri, Boatenqi və Hummelsi milli komandaya dəvət etməyi düşünmürəm. Bir müddət əvvəl onlarla bir görüş keçirdik və planlarımı izah etdim. Belə qərarı nə üçün verdiyimi onlara açıqlamalıydım. Milli komanda üçün yeni gələcək qurmalıyıq”.

Almaniya Futbol Federasiyası da Lövün qərarının futbolçulara bildirildiyini açıqlayıb.

Almaniya millisi DÇ-2018-də mübarizəni qrup mərhələsində dayandırmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button