Qiyməti hər ay qalxan futbolçu
“Latsio”nun prezidenti Klaudio Lotito qış transfer pəncərəsində yarımmüdafiəçi Sergey Milinkoviç-Saviçi “Yuventus”a satmağa razı olduğu haqda xəbərləri təkzib edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, hər ay futbolçunun qiymətinin qalxdığını deyib:
“Mənim Milinkoviç-Saviçin agenti ilə futbolçunu qışda “Yuventus”a və ya başqasına satmaq barədə razılığım yoxdur. Əksinə, indi 100 yox, 120 milyon avroya başa gəlir. Hər ay qiyməti qalxır”.
27 yaşlı serbiyalı yarımmüdafiəçi İtaliya A Seriyasının cari mövsümündə 9 turda 3 qol vurub və 7 məhsuldar ötürmə edib.
“Latsio” İtaliya çempionatında lider “Napoli”dən 3 xal geri qalaraq, üçüncüdür.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin